Tribuna İnformasiya Agentliyi

Zülfiyyə xərçəngə görə saçını kəsdi: əri və qohumları da dəstək oldu (VİDEO)

14 İyul
Onkoloji xəstəlikdən əziyyət çəkən aparıcı Zülfiyyə Bayramova kimya terapiyası zamanı saçı töküldüyündən başını tam qırxdırmalı olub.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, ona dəstək üçün həyat yoldaşı İlqar Mikayıloğlu, qardaşı, oğlu, qohumları və dostları da saçlarını kəsdiriblər.
Onlar video hazırlayaraq “Mən səninləyəm” şüarı ilə Z.Babayevaya dəstəklərini nümayiş etdiriblər.
Videonu aparıcı Jalə Həsənli sosial media hesabında paylaşıb və bunları qeyd edib:
“Allahın köməkliyi ilə bu mərhələni də sağlıqla geridə qoyacaqsan. Və mən həmişəki kimi səni görəndə, yenə də o gözəl saçlarından öpəcəm. Aramıza tez gəl, inşallah”.