Zukerberqdən xəbərdarlıq: “ABŞ-da seçkidən sonra iğtişaşlar başlaya bilər”backend

Zukerberqdən xəbərdarlıq: “ABŞ-da seçkidən sonra iğtişaşlar başlaya bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Facebook”un təsisçisi Mark Zukerberq ABŞ-da prezident seçkilərindən sonra iğtişaşlarla bağlı xəbərdarlıq edib.

Bu barədə M.Zukerberq “Axios” nəşrinə müsahibə verib.

Onun sözlərinə görə, narazılıqlar seçki günü ilə seçki nəticələrinin açıqlanacağı zaman müddətində yaşana bilər.

O, sosial şəbəkənin “demokratiyanın müdafiəsi” üçün atacağı addımları da anons edib.

“Facebook” rəhbəri bildirib ki, səslərin sayılması bir neçə gün və hətta həftə çəkə bilər. Buna görə də “Facebook” və KİV insanları burada qeyri-qanuni heç nəyin olmadığına inandırmalıdır.