Zoom proqramında ciddi problemlər ortaya çıxdı – Google qadağa qoydubackend

Zoom proqramında ciddi problemlər ortaya çıxdı – Google qadağa qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Google öz işçilərinin populyar Zoom videokonfrans proqramından istifadəsini yasaqlayıb. Bu haqda “BuzzFeed News” byazır. Google şirkətinə məxsus Meet tətbiqinə rəqib sayılan Zoom son vaxtlar xeyli populyarlaşıb, koronovirus pandemiyasına görə evdə qalmalı olan insanlar işləməyə, evdən əlaqələr yaratmağa ondan istifadə edirlər.

Ötən həftə Google laptopunda Zoom proqramı olan əməkdaşlarına məktub göndərərək onun təhlükəsizlik baxımından qüsurlarını göstərib, xəbərdarlıq edib ki, bu həftədən həmin proqram işçilərin laptoplarında işləməyəcək.

200 milyon gündəlik istifadəçi

Əməkdaşlarımıza bizim korporativ şəbəkədən kənar təsdiqlənməmiş tətbiqlərdən istifadəyə icazə verməməçoxdankı siyasətimizdir, – Google sözçüsü Cous Kastaneda “BuzzFeed News”a deyib. Onun sözlərinə görə, bu proqramın korporasiya kompüterlərində istifadəsi dayandırılır, ailəsi və dostları ilə Zoom-la əlaqə saxlayanlar buna veb brauzer, yaxud mobil telefonlarında davam edə bilərlər.

Kaliforniyanın San- Xose şəhərində mənzillənən Zoom 2011-cu ildə yaradılıb, baş direktoru Erik Yuanı milyarderə çevirib. Martda gündəlik Zoom istifadəçilərinin sayı 200 milyona qalxıb, dekabrda bu rəqəm 20 milyon idi.

Amma proqramın təhlükəsizlik məsələləri sarıdan narahatlıq var. Ötən ay bir araşdırma üzəçıxarıb ki, iPhone və iPads-də Zoom tətbiqi istifadəçilərin cihazları haqda məlumatları Facebook sosial şəbəkəsinəötürür, hətta Facebook hesabı olmayanların belə.

Sonradan Zoom-un başqa təhlükəsizlik problemləri də ortaya çıxıb. Google işçilərin bu proqramdan istifadəni qadağan edən ilk şirkət deyil. Bu ayın əvvəlindəElan Mask-ın SpaceX raket şirkəti də ciddi gizlilik və təhlükəsizlik problemlərini əsas gətirərək əməkdaşlarının ondan istifadəsini dayandırıb. Bazar ertəsi isə Nyu York şəhərinin Təhsil Departamenti məktəbləri Zoom-dan çıxaraq Microsoft-un bir xidmətinə qoşulmağa çağırıb.

Şirkət üzr istəyib

“The Financial Times” qəzeti isə yazır ki, ABŞ Senatıüzvlərini Zoom proqramından istifadə etməməyəçağırıb.

Zoom ötən həftə kodlaşdırma texnologiyası haqda çaşdırıcı bəyanatlar verdiyinə görə ictimaiyyətdən üzr istəyib. Şirkət onu da etiraf edib ki, ötən ay trafikdə kəskin artım səbəbindən istifadəçilər haqda məlumatı səhvən Çin ərazisindən keçirib.

Bu etiraflardan sonra ABŞ senatorlarından bəziləri Federal Ticarət Komissiyasınışirkətin istehlakçıların qorunması qanunlarını pozub-pozmadığını araşdırmağa çağırıb.

Hətta Tayvan hökuməti belə rəsmi idarələrdə Zoom proqramını qadağan edib. Zoom bu yaxınlarda bəyan edib ki, bütün iradlar nəzərə alınacaq, təhlükəsizlik probleminin aradan qaldırılmasında yeni funksiyaların hazırlanmasından ötrü fasilə götürəcəklər.

“AzPolitika.info” xatırladır ki, Zoom proqramı son vaxtlar Azərbaycanda da populyardır. Xüsusən orta məktəblərdə onlayn dərslər bu proqram vasitəsi ilə keçirilir.