Zlatan İbrahimoviç komediya serialına çəkiləcəkbackend

Zlatan İbrahimoviç komediya serialına çəkiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç seriala çəkiləcək.

TİA.AZ “Milan News”a istinadən xəbər verir ki, 41 yaşlı hücumçu “Vita da Karlo” komediya serialının ikinci mövsümündə yer alacaq.

Layihənin yayımı ilə “Napoli”nin prezidenti Aurelio De Laurentisin sahibi olduğu “Paramount+” şirkəti məşğul olur.

Qeyd edək ki, hazırda zədəli olan Zlatan İbrahimoviç 2023-cü ilin əvvəlində yaşıl meydanlara qayıdacaq. Daha əvvəl isveçli forvardın Asteriks və Obeliks haqqında çəkilən filmlərin yeni seriyasında rol alacağı bildirilib.