Zirvə görüşünün Lider çıxışıbackend

Zirvə görüşünün Lider çıxışı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkdilli ölkələrin Əməkdaşlıq Şurası 2009-cu il 3oktyabr Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan sazişinə əsasən yaradılmışdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır. TDƏŞ daxil olan ölkələr:Azərbaycan,Türkiyə,Qazaxıstan,Qırğızıstan,Özbəkistan bu təşkilatı yaradarkən müəyyən vəzifələr və məqsədləri yerinə yetirməsi üçün yaratmışlar.

Hər il mütəmadi olaraq TDƏŞ-in iqtisadiyyat üzrə İşçi Qrupunun iclası və üzv dövlətlərin iqtisadiyyat nazirlərinin görüşü keçirilir. İclaslarda üzv ölkələr arasında iqtisadi münasibətlərin təkmilləşdirilməsi və inkişafı yolları barədə təkliflərin və üzv ölkələrin iqtisadi sahədə üzləşdiyi problemlərin müzakirəsi aparılır. 2012 və 2016-cı il tarixli iclaslar Azərbaycanda keçirilmişdir.

Martın 31-də Qazaxıstanın Türküstan şəhərində keçirilməsi nəzərdə tutulan Türk Şurasının qeyri-formal sammiti videokonfrans formatında keçirilib. Videokonfrans formatında keçirilən görüşdə Şuraya üzv olan ölkələrin dövlət başçıları və təşkilatda müşahidəçi statusuna malik olan Macarıstanın Baş naziri Viktor Orban da iştirak edib.

Zirvə görüşündə təşkilatın əsas məqsədinin türk dünyasını ən vacib iqtisadi, mədəni məkanlardan birinə çevirmək və qədim Türküstan şəhərinin türk dünyasının mənəvi paytaxtlarından biri olduğu qeyd olunub. Həmçinin Türk Şurasına üzv olan ölkələrin dövlət başçıları öz çıxışlarında Azərbaycan Prezidentini II Qarabağ müharibəsində əldə edilmiş Qələbə münasibətilə təbrik ediblər.

Dövlət başçımız cənab İlham Əliyev çıxışında Zirvə görüşünün keçirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüsə görə Nursultan Nazarbayevə təşəkkürünü bildirib. Ölkə başçısı qalib dövlətin qalib ordusu tərəfindən qazanılan uğurlardan, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğundan, Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Böyük Vətən müharibəsindən də söz açmışdır.Bu 30illik mübarizəmizdə beynəlxalq təşkilatların yanımızda olub bizi daim dəstəklədiklərini,lakin bunu heç vaxt praktiki həyatda görə bilmədiyimizi vurğulamışdır.1993-cü ildə Qarabağ hadisələrinn həlli ilə bağlı qətnamələr qəbul edilsə də bu qətnamələr icrasız qaldiğını da İlham Əliyev bildirmişdir. 30il müddətində ölkəmiz münaqişənin sülh yolu ilə həll edilməsinə çalışmışdır. Lakin Ermənistan Respiblikası danışıqlardan daima imtina etmişdir.Son dövrlərdə hətta

tərxibatlar törətməkdən belə çəkinməmişdirlər.Və biz sentyabr ayında törədilən təxribatlara layiqli cavab vermiş,əks hücuma keçərək 44günlük mübarizədə onlara öz yerlərini bildirmiş,əzəli torpaqlarımızı geri almışıq. Cənab Prezident işğaldan azad olunmuş torpaqlarımızın erməni vəhşiliyi tərəfindən talan olunduğunu, milli mədəniyyət abidələrimizin, milli-mədəni irsimizin bu vəhşiliyin qurbanı olduğunu vurğulayıb. Artıq yeni müstəqil həyat qazanmış torpaqlarımızda yenidənqurma tədbirlərinin də fəaliyyətə başladığını qeyd edib. Həmçinin erməni vandalizminin bütün dünya ölkələrinə, dünya mediasına tanıdıldığını və bundan sonra da tanıdılacağını bildirib.

Prezident İlham Əliyev Azərbaycanın Ermənistan üzərində qazandığı qələbənin yeni nəqliyyat imkanlarına şərait yaradacağını və qədim Azərbaycan torpağı olan Zəngəzurun türk dünyasının birləşməsində böyük rol oynayacağını qeyd edib.

Ölkə başçısı sonda öz çıxışında növbəti Zirvə görüşündə sədr kimi həm görülmüş işlərlə bağlı məlumat verəcəyini, həm də gələcək planlar haqqında danışacağını bildirib.

Hökumə Qəhrəmanlı

Nəsimi rayon sakini