Zeynəb Məmmədyarova beynəlxalq turnirin qalibi oldubackend

Zeynəb Məmmədyarova beynəlxalq turnirin qalibi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan şahmatçısı Zeynəb Məmmədyarova “Cerba” beynəlxalq turnirinin qalibi olub.

Apasport.az saytının məlumatına görə, qrossmeysterimiz Tunis Şahmat Federasiyasının blits üzrə onlayn keçirdiyi yarışda bütün rəqiblərini qabaqlayıb.

Birinci olan Məmmədyarova 400 dollar pul mükafatına yiyələnib. İkinci yeri rusiyalı Aleksandra Maltsevskaya, üçüncü pilləni isə monqolustanlı Oçirxuyaq Ulziixişigjarqal tutub.

Qeyd edək ki, 700-dək şahmatçının qatıldığı turnirdə 20 təmsilçimiz mübarizə aparıb.