Zərifə Əliyeva küçəsində natəmizliyə əncam çəkən yoxdur: Uşaqlar təhlükədə (FOTO)backend

Zərifə Əliyeva küçəsində natəmizliyə əncam çəkən yoxdur: Uşaqlar təhlükədə (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonu (Xırdalan) ərazisində yerləşən parkın yaxınlığında natəmizlik hökm sürür.

TİA.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, bu haqda iqtisadçı ekspert Samir Əliyev yazıb.

“Abşeron rayon (Xırdalan) parkın içində idman qurğuları quraşdıranda çox sevindik. Hər gün xeyli uşaq həmin qurğulardan yararlanır. Ancaq həmin qurğulardan 50 metr kənarda, Zərifə Əliyeva küçəsində yerləşən binanın həyətindəki natəmizliyə göz yumulur. Əslində yumşaq yazdım. Çünki bu şəraiti yaradan məhz Abşeron İH-nin məişət tullantılarının daşınmasına məsul qurumudur. Qurumun işçiləri gəlib ancaq zibil qutularını boşaldırlar. Yerdəkilərə əllərini də vurmurlar. Halbuki İcra Hakimiyyəti daşınmaya görə ayda 400 manat pul alır. Dövlət büdcəsi hesabına bahalı maşınlar alıb əhaliyə pullu xidmət göstərirlər, özü də keyfiyyətsiz. Mən hələ yaxınlıqdakı bazardan yığılan zibilin çirkli suyunun binanın həyətinə axıdılmasını demirəm”, – Samir Əliyev qeyd edib.

Samir Əliyev bildirib ki, zibillik iki binanın arasında yerləşir və həm də binanın girişidir:

“Hər gün bu natəmizliyin yanından xeyli uşaq keçir və onlar ayaqlarını maşının çirkab su axıtdığı yola qoymalı olur. Abşeron İH göz görünən yerdə (parkda) uşaqların sağlmlığı üçün idman qurğuları quraşdırır, ondan 50 metr aralı, gözə görünməyən yerdə isə uşaqların xəstəlik tapa biləcəyi natəmizlik yaradır”.

Həmin natəmiz ərazi ilə bağlı Samir Əliyevin paylaşdığı fotoları təqdim edirik: