Zərdab məhkəməsi “Əkinçi” qəzetini 100 manat cərimələdibackend

Zərdab məhkəməsi “Əkinçi” qəzetini 100 manat cərimələdi

Zərdab rayon məhkəməsi “Əkinçi” qəzetini 100 manat cərimə edib.

Qaynarinfo xəbər verir ki, məhkəmənin hakimi Tahir Qubadov Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin iddiasını təmin edərək belə bir qərar çıxarıb.

Belə ki, FHN qəzetin Zərdab şəhərindəki üçmərtəbəli inzibati binada icarəyə götürdüyü 44 kv. metr qeyri-yaşayış sahəsində yanğın təhlükəsizliyi üçün xəbərverici siqnalizasiya quraşdırmaması, ilkin yanğınsöndürmə alətləri almaması, naqillərin izolyasiyasının gərginliyə qarşı müqavimətini yoxlatdırmaması barədə iddia qaldırıb. Məhkəmə isə iddianın təmin edilməsi barədə qərar çıxararaq, “Əkinçi”ni 100 manat cərimə edib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki