Zəngilandakı “ağıllı kənd”ə bu il 1400 nəfər köçürüləcək – Vahid Əhmədovbackend

Zəngilandakı “ağıllı kənd”ə bu il 1400 nəfər köçürüləcək – Vahid Əhmədov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Artıq Zəngilanın Ağalı kəndində “ağıllı kənd” layihəsi başa çatır.
 
Bu barədə iqtisadiyyat nazirinin müavini Elnur Əliyev məlumat verib.
Ümumiyyətlə, “ağıllı kənd” layihəsi özündə ən çox hansı inkişaf xəttini cəmləşdirir? Əhaliyə nə kimi imkanlar verəcək?
Bu barədə Bakupost.az –a millət vəkili Vahid Əhmədov açıqlama verib.
Onun sözlərinə görə, layihələrin həyata keçirilməsində əsas məqsəd həmin ərazilərin tam individual tətbiqi ilə əlaqədardır:
“Orada yaşayan hər bir insanın telefon, televiziya, internet və demək olar ki, həyat şəraiti beynəlxalq səviyyəyə uyğun olaraq qurulur. Məlumatıma görə, Zəngilanın Ağalı kəndinə təxminən 1400 nəfərə yaxın adam köçürülməlidir. İlin axırına qədər çalışacaqlar ki, o insanlar köçürülsün. İnsanlar orada yaşayandan sonra heç bir problem olmamalıdır. Məhz “ağıllı kənd” layihəsi ilə problemlər birdəfəlik öz həllini tapır. Digər bölgələrimizdə işıq, qaz, su, yol problemi var, amma həmin “ağıllı kənd”, “ağıllı şəhər”lərdə bu problemlər, iş yerləri və digər məsələlər birdəfəllik öz həllini tapır. Yəni bütün məsələlər kompleks şəkildə həll olunacaq. Eyni zamanda layihənin iqtisadi əhəmiyyəti də çox böyükdür. Dövlət həmin ərazilərdəki bu layihələrə müəyyən qədər vəsait xərclənib. Artıq 10-15 il dövlət ora vəsait xərcləməyəcək. Bu məsələlər həmin ərazilərdə həllini tapmış olacaq.
Dövlət başçısı bu məsələləri daim nəzarətdə saxlayır, həmin ərazilərə tez-tez səfərlər edir, göstəriş və tapşırıqlarını verir. İşğaldan azad olunmuş ərazilərdə işlər sürətlə davam edir”.