Zəngilan şəhərinin kosmosdan çəkilmiş görüntüsü yayıldı (FOTO)backend

Zəngilan şəhərinin kosmosdan çəkilmiş görüntüsü yayıldı (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Zəngilan şəhərinin kosmosdan çəkilmiş təsviri yayımlanıb.
TİA.AZ xəbər verir ki, görüntüləri “Azərkosmos” yayıb.
Şəhərin təsviri bu gün “Azersky” peykindən çəkilib.
Məlumatda bildirilib ki, Zəngilan rayonunda dünyanın nadir təbiət incilərindən olan çinar ağacları ilə zəngin “Bəsitçay” Dövlət təbiət qoruğu bu illər ərzində ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb və talan edilib.
İşğalçıların ekologiyaya etdiyi dağıdıcı təsir nəticəsində bölgənin flora və faunasına ciddi ziyan dəyib.
Zəngilan rayonunun ərazisində orta əsrlərə aid və öz memarlıq üslubuna görə seçilən səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsi də, təəssüf ki, işğalçıların dağıtdığı tarixi mədəniyyət abidələrimiz sırasındadır.
15