Zəngəzurdan Naxçıvana gedən yol: Erməni politoloq üçün qorxulu röya…backend

Zəngəzurdan Naxçıvana gedən yol: Erməni politoloq üçün qorxulu röya…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azərbaycan Naxçıvana gedən yolun de-yure Ermənistanın tərkibində qalmasını istəyir, lakin de-fakto gömrük və pasport yoxlamaları olmadan erməni nəzarəti sıfır olacaq. Azərbaycanın tələbləri yerinə yetirilərsə, Ermənistan üçün ciddi təhlükələr yaranacaq”. 
Qaynarinfo xəbər verir ki, bu barədə erməni politoloq Benyamin Poqosyan Nikol Paşinyanın Azərbaycanın Ermənistan ərazisindən Naxçıvana yolun açılacağı barədə açıqlamasına münasibət bildirərkən deyib.
Politoloq təkidlə o yolun hansı statusa malik olacağını sual edib. Onun sözlərinə görə, Azərbaycan Ermənistandan yola nəzarət etməməyi, gömrük və şəxsi yoxlamaların keçirilməsini tələb edəcək:
“Azərbaycanın nöqteyi-nəzəri bəllidir. Onlar Naxçıvana heç bir pasport, tranzit və gömrük yoxlaması olmadan Zəngəzur rayonundan daxil olmaq istəyirlər. Onlar yolun Ermənistanda de-yure sayılmasını istəyirlər, lakin de-fakto Ermənistanın suverenliyi məhdud olacaq orada.
Başqa sözlə, onlar Bakıdan Azərbaycanın istənilən ərazisinə gedəcəkləri kimi, Zəngəzurdan da eyni qaydada keçmək istəyirlər”.
Benyamin Poqosyan əlavə edərək bildirib ki, Ermənistan tərəfi Azərbaycanın baxışı ilə razılaşmamalıdır.
“Ermənistan hökuməti dəfələrlə bəyan edib ki, yola nəzarət Ermənistanın əlində olmalıdır və bu, Azərbaycanın düşündüyü ilə birbaşa ziddiyyət təşkil edir. Bizə gözləmək və nəyin imzalanacağını başa düşmək lazımdır. Azərbaycan baxışı ilə Ermənistan üçün ciddi təhlükələr yaranacaq ki, bu da Zəngəzurda Azərbaycan-Türkiyə təsirinin yaradılmasına qapının açılması demək olacaq və illər keçdikcə güclənəcək.
Əgər bu yol, məsələn, Gürcüstandan keçib Rusiyaya getdiyimiz yoldursa, burada adi yükdaşımalarda olduğu kimi, pasport, gömrük yoxlamaları aparılırsa, yenə də bizim üçün problemlər yaşanacaq”.
Ekspertin fikrincə, Zəngəzurdan keçən yolun Azərbaycana verilməsi onlar üçün demoqrafik problemlər yarada bilər, Azərbaycan və Türkiyə bu hissədə kiçik yollarla güclənməyə çalışacaq:
“Məsələ burasındadır ki, hətta yollar bizim (Ermənistan) nəzarətimizə verilsə də, bir müddət sonra azərbaycanlılar özlərini gücləndirməyə çalışacaqlar. Həmin yerlərdə azərbaycanlılar yemək məntəqələri, motellər açacaqlar ki, insanlar orada gecələsinlər. Sonra da türk-azərbaycanlı işçilərin orda olmasını təmin edəcəklər, bu da öz növbəsində demoqrafik baxımdan problemlər yaradacaq”.
İqtisadi təhlükələrə gəlincə, o qeyd edib ki, iqtisadiyyatın zərər görəcəyini düşünmür, çünki bu, Azərbaycan və ya Türkiyə kapitalının birbaşa Ermənistana axını demək deyil:
“Ermənistan-Türkiyə sərhədi açılanda və Türkiyə kapitalı Ermənistana daxil olanda burada daha çox təhlükə yaranacaq. Belə olan halda bizim problemimiz olacaq.
Üstəlik, pasport və gömrük yoxlamaları aparılsa və biz tərəfdən Azərbaycandan müəyyən məbləğlər alınarsa, ana büdcəmizə müəyyən məbləğdə gəlir gələcək.
Nikol Paşinyan əmin etdi ki, Azərbaycan bizə Rusiya və İranla əlaqə qurmağa imkan verəcək. Baxmayaraq ki, Ermənistanın Gürcüstan vasitəsilə Rusiyaya, Meqri vasitəsilə İrana çıxışı mövcuddur.
Rusiya ilə bağlı ehtiyat edirəm, çünki dəmir yolunun işə salındığını qəbul etsək, İrəvan-Naxçıvan-Meqri-Horadiz-Bakı dəmir yolu və Bakıdan Şimali Qafqazdan Rusiyaya gedən yol çox uzun olacaq. Bunun bizə nə qədər xeyirli olacağını söyləmək çətindir. Təhlükəsizlik təminatı kim verə bilər bizə ki, o, yüzlərlə kilometr yol boyunca nə erməni sürücülərə, nə də yüklərə toxunan olmayacaq? Biz Şuşa məsələsində artıq gördük bu problemləri.
Bizim üçün yalnız İranla dəmir yolu əlaqəsi faydalı ola bilər, bu yol daha qısadır, təhlükəsizlik məsələsi daha az olacaq, Azərbaycan üzərindən Rusiyaya dəmir yolu ilə yüklərin daşınması o qədər də real deyil və Ermənistanın buna ehtiyacı yoxdur”.
Erməni tərəfinin niyə Azərbaycana yol verməkdə maraqlı olması sualına isə politoloq belə cavab verib ki, bu, 9 Noyabr və 11 Yanvar razılaşmalarında təsbit olunub:
“Bizim hakimiyyətin qarşısında belə tələb qoyulub. Sonucda noyabrın 9-da belə bir bəyanat var və orada yazılıb. Ermənistan Azərbaycanın qərb rayonlarından Naxçıvana maneəsiz əlaqəni təmin etməyə borcludur və Ermənistan bəyanatı imzalamaqla bununla razılaşıb”.
Telman Qasımov, 
Hərbi-siyasi ekspert