Zəngəzurda yeni Rusiya hərbi obyekti yaradıldı (FOTO/VİDEO)backend

Zəngəzurda yeni Rusiya hərbi obyekti yaradıldı (FOTO/VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistanın cənub-şərqində ikinci Rusiya hərbi hava bazası meydana çıxıb.
Bizim.Media xəbər verir ki, bir neçə saat əvvəl ”Avia.pro” xəbər agentliyi Zəngəzur mahalının Sisyan şəhərinin (Sünik vilayəti) yaxınlığında çəkilən və yeni Rusiya hərbi bazasına məxsus olan fotoları əldə edib.
Mənbə yazır ki, Rusiya Aerokosmik Qüvvələrinin helikopterlərinin hərbi obyektdə görünməsi bunu sübut edir. Ərazidə bir neçə yüzdən artıq rus hərbçisinin olduğu da ehtimal edilir.
Qeyd edək ki, son zamanlar rəsmi İrəvan ölkədə rus ordusu üçün yeni baza yaradılmayacağını açıqlamışdı. Bu arada Rusiya bəyan edib ki, Gümrüdəki mövcud bazası genişləndiriləcək.
Ancaq fotolardan görünür ki, Rusiyaya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində təhlükəsizliyi gücləndirmək məqsədi ilə ikinci hərbi obyekt inşa etmək fürsəti verilib.
Hazırda yeni Rusiya hərbi aviabazasının hansı məqsədlə tikildiyi barədə rəsmi açıqlamalar verilmir.