Zəngəzur dəhlizinin açılması milli hədəfdibackend

Zəngəzur dəhlizinin açılması milli hədəfdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan bu gün Qafqazın lider dövlətidir. O, bu statusu iqtisadi uğurlarla yanaşı 44 günlük Vətən müharibəsində də təsdiqlədi. Müharibə uğurları ilə yanaşı bir sıra zəruri öhdəlikləri də gündəmə gətirdi. Geosiyasi pozisiyası zəngin olan Azərbaycanın Zəngəzur dəhlizi ideyası hələ XX əsrin 70-ci illərində də aktual olub.

Gəlin Zəngəzurun tarixi keçmişinə nəzər salaq. 1920-ci ilin aprel istilasından sonra Qarabağ, Naxcivanla yanaşı ermənilər Zəngəzur bölgəsinə də fasiləsiz hücumlar edirdi. Sovet Ermənistanının qəsbkar siyasətini dəstəkləyən Sovet Rusiyasının 1920-ci ilin avqustunda bağladığı sazişə görə Şərur-Dərəlyəz Ermənistana verilməli, Zəngəzur, Naxçıvan, Qarabağ “mübahisəli ərazi” hesab edilməli idi. Sovet Rusiyasının Azərbaycan SSR-ə qarşı atdığı bu xəyanətkar addım Azərbaycanın əzəli və əbədi torpaqlarının Ermənistana qatılmasını sürətləndirdi. 2020-ci il 10 noyabrda imzalanmış üç tərəfli bəyanatın 9-cu bəndi və 2021-ci ilin 11 yanvar tarixində imzalanmış 4 bəndlik bəyanatda Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi əsaslar yarandı. Tarixə nəzər salsaq görərik ki, XX əsrin 70-ci illərində erməni millətçisi Zori Balayan özünün “üzdəniraq” Ocaq əsərində Zəngəzur dəhlizinin ideyasını təhlükəli hesab edərək bu yolu “Turan yolu” adlandırmışdı.

Bu yolun inşası üçün ulu öndər H.Əliyevin əvvəlcədən gördüyü tədbirlərin içərisində yer alan Mehridən kecən Naxçıvan-Bakı avtomobil yolunun inşası “Böyük Turan” layihəsinin icrasına zəmin hazırlamalı idi. Lakin Ermənistan SSR-nin o vaxtki rəhbərliyinin etirazından sonra layihə yarımçıq qaldı. Bu gün bu layihənin həyata kecirməyin vaxtı gəlib çatdı. Qalib dövlətin qalib lideri İ.Əliyev Zəngəzur layihəsini bərpa etmək hədəfini qarşıya

məqsəd qoymaqla ikinci ata vəsiyyətini yerinə yetirmiş olacaq. (Biz artıq Şuşanın azad olunmasının birinci ata vəsiyyətinin olduğunun şahidi olduq). Zəngəzura qayıdış-Zəngəzur dəhlizinin açılmasını əslində “milli hədəf” adlandıran İ.Əliyev öz nitqində vurğulayib ki, bu dəhlizin yaradılması bizim milli tarixi və gələcək maraqlarımıza tam cavab verir. Nəhayət ki, Azərbaycan xalqı 101 il bundan əvvəl zorla əlindən alınmış Zəngəzura yenidən qayıdacaqdır.

Zəngəzur dəhlizinin regiondakı beynəlxalq əhəmiyyətinə nəzər salsaq görərik ki, dəhlizin bərpası ilə yeni kommunikasiyaların açılması, geosiyasi konfiqurasiyaların da dəyişməsi regionun aparıcı dövlətlərinin (Gürcüstan, İran,Türkiyə və Rusiya) və Qərbin mənafeyini tam olaraq əks etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il 20 aprel tarixində öz müsahibəsində qeyd etdiyi kimi:

-Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də …

Günay Allahverdiyeva

247№ məktəbin tarix müəllim