“Zəngəzur dəhlizində yoxlama əsas verir ki…” – Politoloq reallığı açıqladıbackend

“Zəngəzur dəhlizində yoxlama əsas verir ki…” – Politoloq reallığı açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qərbi Zəngəzurda maneəsiz keçid mümkün olmayacaq. Ancaq bu narahatlıq üçün əsas olmamalıdır. Ermənistan Qərbi Zəngəzurda bizə maneəsiz keçid yaratmayacaqsa, biz də Laçında ermənilərin maneəsiz keçidinin qarşısını almalı, sərhədi mütləq şəkildə nəzarətə götürməliyik.
Kreml İrəvanla eyni mövqedən çıxış edərək, “Ermənistanın Qərbi Zəngəzurdan keçəcək nəqliyyat vasitələrinə nəzarət etmək hüququ var” prinsipini dəstəkləyib.
Bu sərhəddə yoxlama deməkdir. Zəngəzur dəhlizində yoxlama bizə əsas verir ki, eyni yoxlamanı biz də Ermənistanla sərhədin Laçın hissəsində həyata keçirək”.
TİA.Az-n xəbərinə görə, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Brüssel görüşünü belə şərh edir.
Politoloq hesab edir ki, Avropa İttifaqı xoş niyyətini ortaya qoyub və Azərbaycanla Ermənistana sülh əldə etməkdə yardım əlini uzadır: “Beləliklə, görüşlər və müzakirələr davam edir. Ancaq müharibədən keçən bir ildə nə tərəflər arasında sülh sazişi imzalanıb, nə kommunikasiya məsələsində irəliləyiş var, nə də sərhədin müəyyənləşməsi məqsədilə ortaq komissiya yaranıb…”

TİA.Az