“ZƏNGƏZUR DƏHLİZİ PAŞİNYANIN HƏYAT SIĞORTASIDIR” – REGİONDAKI YENİ MƏNZƏRƏYƏ ŞƏRHbackend

“ZƏNGƏZUR DƏHLİZİ PAŞİNYANIN HƏYAT SIĞORTASIDIR” – REGİONDAKI YENİ MƏNZƏRƏYƏ ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zəngəzur dəhlizi Ermənistanın xilas yolu, Paşinyanın həyat sığortasıdı”. TİA.Az xəbər verir ki, bu dəhliz həm də bölgə dövlətlərinin daha da qüdrətlənməsinə hesablanmış meqaprojedir. Layihənin ideya müəllifi Azərbaycandır.
“Yeni Müsavat”ın baş redaktoru Azər Ayxan Ermənistandakı seçkilərin nəticələrinin də bu layihə ilə əlaqəsinin olduğunu istisna etmir: “Güney Qafqaz münaqişə ocağından sülh və əməkdaşlıq coğrafyasına çevrilir. Şalvarı yamaqlı Ermənistan bu gedişata mane ola bilməz.
Bəs o zaman Xankəndi ətrafında baş verənlərin izahı nədir? Bundan narahat olmağa dəyərmi? Bu, sadəcə seçkidən sonra yaşanan müvəqqəti kütləvi emosiyadır, yoxsa arxasında məkrli planlar var? Bu qarşıdurmanın arxasında Rusiyanın dayandığı iddia edilir”.


Ekspertin fikrincə, Rusiya istəsəydi əvvəldən Ermənistanı qarışdırardı: “Mümkündür ki, “DQR”in tör-töküntüləri Rusiyanın bəzi dairələri ilə birləşib, müqavimət göstərir. Amma bu durum Paşinyana sərf etmir. O, indiki durumdan qurtulub, növbəti mərhələyə adlamaqda maraqlıdır. Məntiqlə yanaşsaq, Paşinyan ölkəsini və özünü indiki acınacaqlı durumdan xilas etməkdə maraqlıdır.
Çünki bu gedişlə xalq onun başını yeyəcək. Ermənistan bu böhrandan qurtula bilməsə, Paşinyan durumu dəyişə bilməsə, Koçaryan qruplaşmasının populyarlığı arta, ictimai rəy Paşinyanın əleyhinə dönə bilər. Ona görə də “Xankəndi böhranı” tezliklə həllini tapmalıdır.
İndi Paşinyan Zəngəzur dəhlizinin açılmasını hamıdan çox istəyir. Çünki bu dəhliz Ermənistan üçün hər mənada nicat yoludur. Paşinyan üçün isə həyat sığortasıdır. Ermənistanın və onun siyasi rəhbərliyinin həyatı, gələcəyi Azərbaycandan asılıdır. Ağılları olsa dəyərləndirəcəklər.
Dəyərləndirməsələr, batacaqlar. Rusiya, Türkiyə, Qərb çəkiləcək kənara, Ermənistanı Azərbaycanın qarşında tək qoyacaqlar. Bunun Ermənistan üçün nə demək olduğunu xüsusi izah etməyə gərək varmı?”

TİA.Az