ZƏNGƏZUR DƏHLİZİ AÇILMASA, LAÇIN YOLU BAĞLANACAQ? – EKSPERTDƏN RƏYbackend

ZƏNGƏZUR DƏHLİZİ AÇILMASA, LAÇIN YOLU BAĞLANACAQ? – EKSPERTDƏN RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan dövləti Zəngəzurla bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsə, Laçın yolu ilə bağlı Azərbaycan lazımi tədbirləri görəcək”. Bunu TİA.Az-a açıqlamasında BDU-nun beynəlxalq hüquq və geosiyasət üzrə professoru, siyasi-ekspert Əfsər Sadıqov deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi açılmasa, Azərbaycan haqlı olaraq Laçın yolunu da birbaşa bağlamaq hüququna malikdir: “Azərbaycan Respublikası Prezidentinin konfransda çıxışı olduqca tarixi, siyasi və beynəlxalq hüquqa uyğun bir mövqe idi.

Doğru olaraq prezident Laçın dəhlizi terminini istifadə etmədi, bu, o anlama gəlir ki, belə bir beynəlxalq statuslu dəhliz yoxdur. Başqa sözlə desək, Qarabağda, Xankəndində yaşayan erməni əhalisi Azərbaycan Respublikasının vətəndaşları hesab olunur. Həmin ərazidə yaşayan əhalinin Azərbaycanın malik olduğu bütün imkanlar onlara da şamil olunur və onlar üçün ayrıca bir dəhliz yaratmaq, Ermənistanla onların bağlılığını təmin etmək kimi bir şeyə lüzum yoxdur-Prezident İlham Əliyev buna diqqət çəkmək istədi. Həmçinin burada belə bir məsələ qoyuldu ki, əgər 10 noyabr 2020-ci il bəyanatı ilə Ermənistan tərəfi də Rusiya Federasiyası və Azərbaycan Respublikası qarşısında bir beynəlxalq öhdəlik götürdü ki, Zəngəzur dəhlizi açılmalıdır.

Zəngəzur dəhlizi açılmırsa, Azərbaycan haqlı olaraq Laçın yolunu da birbaşa bağlamaq hüququna malikdir, təbii olaraq həmin yolda gömrük və sərhəd xidmətinin də təsis olunması qaçılmazdır. Bu anlamda prezident İlham Əliyev öz çıxışında da bildirdiyi kimi Ermənistan artıq özü üçün bir nəticə çıxarmalıdır.

Aytac

TİA.Az