Tribuna İnformasiya Agentliyi

Zelenskinin ilk sərəncamı bəlli oldu

19 May

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski andiçmə mərasimindən sonra Ali Radanın buraxıldığını elan edəcək.

TİA.AZ xəbər verir ki, bu barədə “UNN” nəşri yazıb.

Xatırladaq ki, bir neçə gün öncə Ukrayna Ali Radasındakı partiyaların təmsil olunduqları fraksiyalardan çıxmasından sonra Zelenskinin parlamenti buraxmaq səlahiyyətlərini itirdiyi bildirilmişdi.

Zelenskinin andiçmə mərasimi mayın 20-də keçiriləcək.