Zelenskidən Qərbə: “Təyyarələr verin, əks halda Rusiya Berlin divarına dirənəcək”backend

Zelenskidən Qərbə: “Təyyarələr verin, əks halda Rusiya Berlin divarına dirənəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna prezidenti Vladimir Zelenski Qərbdən Rusiyanın işğalı ilə mübarizə aparmaq üçün hərbi təyyarə göndərməyi xahiş edib.
 
TİA.AZ Pravda.com.ua-ya istinadla xəbər verir ki, o, bu barədə Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.
“Əgər sizi səmanı bağlamağa gücünüz yoxdursa, onda mənə təyyarələr verin. Mənə təyyarələr verin. Allah eləməsin, biz əldən getsək, ondan sonra Latviya, Litva, Estoniya gedəcək, sonra Gürcüstan, Moldova, Polşa. Berlin Divarı”, – deyə Zelenski bildirib.
Adları çəkilən ölkələrin əksəriyyəti NATO-nun üzvüdür, yəni Rusiya birinə təcavüz edərsə, bütün Alyansla müharibə vəziyyətində olacaq.
“Bizi dəstəkləyən, silah ötürən ölkələrə təşəkkür etmək istəyirəm. Amma bu, çox gec oldu. Biz o vaxt istəmişdik, itirilən bu müddət minlərlə ukraynalının həyatına mal oldu”, – prezident əlavə edib.
Bazar günü Aİ 450 milyon avroluq hərbi yardım paketi ilə bağlı razılığa gəldiyini, diplomatiya rəhbəri Josep Borrell də bir neçə ölkənin döyüş təyyarələri verməyə hazır olduğunu bildirib.
Lakin sonradan Polşa, Bolqarıstan və Slovakiya təyyarələri Ukraynaya göndərəcəkləri ilə bağlı məlumatları rəsmən təkzib ediblər.