Zelenskidən Putinə sərt reaksiya: “Qardaşlığımız Habillə Qabilinki kimidir…”backend

Zelenskidən Putinə sərt reaksiya: “Qardaşlığımız Habillə Qabilinki kimidir…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin “Ruslar və ukraynalıların tarixi birliyi haqqında” məqaləsindən danışıb. Zelenski Rusiya və Ukraynanı İncildəki Qabil və Habilin personajları ilə müqayisə edib.
TİA.AZ xəbər verir ki, Zelenski rus və ukraynalıların qardaş xalqlar olmasıyla bağlı Putinin sözlərini şübhə altına alıb. Onun sözlərinə görə, ölkələr arasındakı münasibətlər indi daha çox Qabil və Habil arasındakı münasibətə bənzəyir. Əhdi-Ətiq hekayəsindəki rəvayətə görə, Qabil kiçik qardaşı Habili öldürüb.
“Faşizm üzərində qələbədən, İkinci Dünya Müharibəsindən, ukraynalıların müharibədə nə qədər qurban verdiyindən danışılanda unuduluruq, ancaq sərf edəndə bizə qardaş xalq deyib yada salırlar. Mənə elə gəlir ki, bu, heç də əsil qardaşlıq yox, Qabil və Habil qardaşlığı kimi bir şeydir”, – Zelenski deyib.
Qeyd edək ki, Putinin məqaləsi bazar ertəsi Kremlin veb saytında yayımlanıb. Putin, “həm ruslar, həm ukraynalılar, həm də belaruslar Qədim Rusiyanın varisləridir” yazıb. Putin Donbas məsələsinə də toxunub. “Buna getdikcə daha çox inanıram: Kiyevin Donbasa ehtiyacı yoxdur”, – o yazıb.
Zelenski brifinqdə bu məqalənin bəzi məqamlarını Rusiya lideri ilə şəxsən müzakirə edə biləcəyini vurğulayıb.