Zelenskidən əsir götürülən Putinin yaxın adamı ilə bağlı TƏKLİFbackend

Zelenskidən əsir götürülən Putinin yaxın adamı ilə bağlı TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Daxili İşlər Nazirliyi prezident Volodimir Zelenskinin əsir götürülmüş Putinin yaxın adamı, keçmiş ukraynalı deputat Viktor Medvedçukun dəyişdirilməsi ilə bağlı səsləndirdiyi təklifə reaksiya verib.
TİA.AZ “UNİAN”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Vadim Denisenko onun barəsində məhkəmə hölmü çıxarılmalı olduğunu bildirib.
“Medvedçuk haqqında danışanda əslində 2 şeyi etmək düzgün olardı: ən azı, onun müəyyən sübutlar verməsi üçün, onda külli miqdarda məlumat var. Maksimum olaraq – mümkün olan ən sürətli şəkildə məhkəmə keçirmək ən idealı olar”.
Nazirin müşavirinin sözlərinə görə, bundan sonra Medvedçuk Rusiya Federasiyasında saxlanılan ukraynalı məhbuslarla dəyişdirilməlidir.
Qeyd edək ki, ötən gün Vladimir Putinin MDB məkanında ən yaxın adamlarından biri sayılan Viktor Medvedçuk keçirilən hərbi əməliyyatla əsir götürülüb. Putin həm də Medvedçukun qızının xaç atasıdır.