Zelenski Zmeyinı adasının rusiyalı hərbçilərdən azad edilməsindən danışdı – VİDEObackend

Zelenski Zmeyinı adasının rusiyalı hərbçilərdən azad edilməsindən danışdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Prezidenti Volodimir Zelenski Zmeyinı adasının rusiyalı hərbçilərdən azad edilməsinə münasibət bildirib.
“Şübhəsiz ki, bu gün əsas söz “Zmeyinı”dır”, – deyən dövlət başçısı adanın strateji məntəqə olduğunu və onun azad edilməsinin Qara dənizdəki vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirdiyini vurğulayıb.

“Bu, hələ ki, təhlükəsizliyə, düşmənin geri qayıtmayacağına zəmanət vermir. Amma bu, artıq işğalçıların hərəkətlərini xeyli məhdudlaşdırır. Addım-addım onları dənizimizdən, torpağımızdan, səmamızdan sıxışdırıb çıxaracağıq”, – deyə Zelenski əlavə edib.
Xatırladaq ki, iyunun 30-da Rusiya ordusu Zmeyinı adasını tərk edib.