Zelenski Ukraynaya daha çox silah, Rusiyaya daha sərt sanksiya istəyirbackend

Zelenski Ukraynaya daha çox silah, Rusiyaya daha sərt sanksiya istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna prezidenti Volodimir Zelenski beynəlxalq aləmdən Ukraynaya daha çox silah verilməsini və Rusiyaya qarşı daha sərt sanksiyaların qoyulmasını istəyir.
Qaynarinfo bu barədə “Financial Times” qəzetinə istinadən xəbər verir.
Rusiya qoşunlarının Kiyev ətrafından çəkilməsindən sonra Ukrayna onların yenidən qruplaşaraq ölkənin şərqində separatçıların olduğu Donbas bölgəsinə hücuma hazırlaşdığını bildirir.
“İşğalçıların əsas səyi Donetsk və Luqanskı ərazilərini tamamilə nəzarətə götürmək məqsədilə ölkənin şərqinə aqressiv hücuma hazırlaşmağa fokuslanıb” Ukrayna müdafiə nazirliyi bildirib.
Hərbi rəhbərlik ölkənin şərqindəki Donetks və Luqanskda yaşayan əhaliyə, həmçinin şimal-şərqdəki Xarkiv əhalisinə ərazilərdən çıxmağı göstəriş verib.
“Mənim gündəliyim sadədir. Orada cəmi 3 element var. Silahlar, silahlar, silahlar”, Ukrayna Xarici İşlər Naziri Kuleba NATO xarici işlər nazirləri toplantısında deyib.
“Biz daha çox silah əldə etdikcə və onlar Ukraynaya daha tez çatdıqca, daha çox insan həyatı xilas olacaq” deyə o əlavə edib.
Bundan əlavə ölkə prezidenti Zelenski də daha çox silah üçün beynəlxalq aləmə müraciət edib:
“Rusiyaya qarşı effektiv sanksiyalar və bizə dəfələrlə xahiş etdiyimiz lazımi silahların tədarükü olmasa bu Rusiyaya daha da irəli getməsi üçün imkan verilməsi demək olacaq”.