Zelenski Ukrayna xalqının sağ qalmasının yeganə təminatçısını açıqlayıbbackend

Zelenski Ukrayna xalqının sağ qalmasının yeganə təminatçısını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və Ukrayna arasında İstanbulda keçirilmiş danışıqları müsbət qiymətləndirib.

Tia.az xəbər verir ki, bunu V.Zelenski vətəndaşlara növbəti videomüraciətində bildirib.

“Siqnalları müsbət adlandırmaq olar”, – deyə Ukrayna Prezidenti qeyd edib.

V.Zelenski vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri, Ukrayna kəşfiyyatı və Ukraynanın müdafiəsində iştirak edən hər kəs “xalqımızın və dövlətimizin sağ qalması üçün həqiqətən çalışan yeganə təminatdır”.