Zelenski Saakaşvilinin müdafiəsinə qalxıbbackend

Zelenski Saakaşvilinin müdafiəsinə qalxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən daim Ukrayna vətəndaşlarının Vətənə qayıdışı ilə məşğulam. Biz hamımız bununla məşğul olacağıq”.

TİA.AZ xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin həbsdən azad edilməsi ilə bağlı Kiyevin atacağı addımlar barədə sualı cavablandırarkən deyib.

Zelenski qeyd edib ki, Saakaşvilinin Gürcüstana getmək qərarını yanlış hesab edir. Ukrayna lideri Saakaşvilinin Gürcüstana getməsi barədə məlumatsız olub. O, bu barədə kütləvi informasiya vasitələrindən xəbər tutub.