Zelenski rus əsgərlərinə müraciət etdi: “Sağ qalmaq şansınız var” – VİDEObackend

Zelenski rus əsgərlərinə müraciət etdi: “Sağ qalmaq şansınız var” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski rus əsgərlərinə müraciət edərək bildirib ki, onlar Ukrayna ərazisini tərk etsələr, sağ qalmaq şansları var.

TİA.AZ xəbər verir ki, o, bu barədə prezidentin Telegram kanalında yerləşdirdiyi videomüraciətdə bildirib.

Zelenski rus əsgərlərinə rus dilində müraciət edib:

“Rus əsgərləri! Sizin sağ qalmaq şansınız var. Demək olar ki, iki həftəlik müqavimətimiz sizə göstərdi ki, biz təslim olmayacağıq. Çünki bura bizim evimizdir, bunlar bizim ailələrimiz və övladlarımızdır! O vaxta qədər döyüşəcəyik. Biz torpaqlarımızı geri qaytarana və bütün öldürülənlərimizin qisasını alana kimi döyüşəcəyik. Öldürülən uşaqlarımızın da. Sizin hələ də xilas olmaq imkanınız var. Sadəcə çıxıb gedəcəyiniz halda…”

O, rus əsgərlərini komandirlərinə inanmamağa çağırıb.

“Komandirləriniz sizə Ukraynada hələ də şansınız olduğunu deyəndə inanmayın. Burada sizi yaxşı heç nə gözləmir. Əsirlikdən, ölümdən başqa. Siz bizim canımızı alıb öz canınızı verirsiniz. Və biz bilirik ki, komandirləriniz hər şeyi başa düşürlər. Biz bu müharibəni bitirməliyik. Sülhə qayıtmalıyıq. Evlərimizi tərk edin, evinizə qayıdın”, – Zelenski vurğulayıb.