Zelenski Putinlə danışıqları rədd edibbackend

Zelenski Putinlə danışıqları rədd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski hazırda Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq fikrində olmadığını bildirib.

Bizimyol.info xəbər verir ki, dövlət başçısı bu barədə “CNN” telekanalına müsahibəsində danışıb.

Vladimir Zelenski qeyd edib ki, Rusiyanın strategiyası Ukraynanın bəzi hissələrini işğal etmək, müzakirələr, razılaşmalarla vaxt udmaq, güc qazanmaq və yeni işğallara başlamaqdır. Onun sözlərinə görə, hazırda Ukraynanın əsas məqsədi bütün işğal olunmuş ərazilərin qaytarılmasıdır.

“Bilirəm ki, bəzi dövlətlər bizi Minsk prosesi istiqamətində sövq edəcək. İstəyirəm, hamı başa düşsün ki, bir yol diplomatik həlldir, başqa bir yol Minsk-2, -3, -5, -10. Bunlar başqa şeylərdir, çünki Minsk boş kağız parçasıdır və Rusiyaya növbəti işğala qədər dincəlməyə imkan verəcək. Bu, reallıqdır. İndi bizimlə danışıq aparmaq həvəsi münaqişəni birdəfəlik həll etmək istəyindən yaranmayıb, aldatmağa, vaxt qazanmağa çalışırlar”,- deyə dövlət başçısı bildirib.

Zelenski həmçinin qeyd edib ki, o, hələlik Rusiya Federasiyasının konstruktiv dialoqa girmək istəyini görmür.

“Bu gün yox. Mən onların konstruktiv olmaq istəyini görmürəm. Onların ultimatumlarına gəlincə, bu ultimatumları kimin irəli sürməsi məni maraqlandırmır – Putin, yoxsa bir başqası olsun. Bu, mənim prinsipimdir: mənə ultimatum verənlərlə danışmayacağam”,- deyə prezident vurğulayıb.

O bildirib ki, Rusiya ilə danışıqlara yalnız təcavüzkar öz qoşunlarını Ukrayna ərazisindən çıxardıqdan sonra başlamaq mümkün olacaq.

Bundan əvvəl müdafiə naziri Aleksey Reznikov Rusiya Federasiyası ilə danışıqlar üçün yeni şərt elan edib. O, bildirib ki, Rusiya ilə danışıqlar yalnız bir halda mümkündür: “Rusiya danışıqlara o halda gedərik ki, Rusiya qoşunları 24 fevraldan əvvəlki mövqelərinə qayıtsın”.