Zelenski Putini Donbasda görüşməyə dəvət etdi (VİDEO)backend

Zelenski Putini Donbasda görüşməyə dəvət etdi (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Prezidenti Vladimir Zelenski rus həmkarı Vladimir Putinə Donbasda görüş təklifi ilə müraciət edib.
TİA.AZ xəbər verir ki, bu barədə o, Feysbukda yayımlanan video mesajında bildirib. O, Rusiya prezidentinin sözlərini xatırladıb: “Mübarizə qaçılmazdırsa, birinci sən vurmalısan”.
“Fikrimcə, bu gün söhbət əsil müharibə və milyonlarla insan həyatından gedərkən hər bir lider döyüşün qaçılmaz ola bilməyəcəyini anlamalıdır, – Zelenski deyib və əlavə edib, – müharibədə qaliblər olmur”.
Ukrayna prezidentinin sözlərinə görə, “sülhü tank üstündə gətirmək mümkün deyil”.
Zelenski Normandiya Dördlüyünün nümayəndələrinin Donbasdakı vəziyyətlə bağlı 19 və 20 aprel tarixlərində apardıqları danışıqlarda yalnız Rusiyanın tam atəşkəsin bərpası ilə bağlı ortaq bəyanat qəbul etməkdən imtina etdiyini, eyni zamanda, vəziyyəti mümkün qədər dəqiq görmək və anlamaq üçün təmas xəttində görüşmək təklifinin səsləndiyini xatırladıb.
“Hörmətli Putin, mən daha da irəli getməyə və sizi müharibənin getdiyi Ukrayna Donbasının istənilən yerində görüşməyə dəvət edirəm”, – Ukrayna Prezidenti müraciətində deyib.
Zelenski əlavə edib ki, ortaq keçmişə baxmayaraq, Rusiya və Ukrayna “gələcəyə fərqli baxırlar”.
Xatırladaq ki, Ukraynanın şərqində münaqişənin gərginləşməsi martdan başlayıb. Mütəxəssislər Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə cəmləşməsini 2015-ci ildən bəri maksimum adlandırıblar. Ukrayna səlahiyyətliləri sərhəd yaxınlığındakı Rusiya silahlı qüvvələrinin sayını 80.000 olaraq qiymətləndirib.
Kreml bəyan edib ki, öz ərazilərində qoşunların hərəkəti “heç kimi narahat etməməlidir”.
Rusiya Müdafiə Nazirliyi rus hərbçilərinin qərbə doğru çəkilməsinin NATO ölkələrinin Şərqi Avropadakı təlimləri ilə əlaqəli olduğuna iddia edib.