Zelenski imzaladı: Rusiyaya qarşı vuruşmaq istəyənlərə viza veriləcəkbackend

Zelenski imzaladı: Rusiyaya qarşı vuruşmaq istəyənlərə viza veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Zelenski ölkəyə dəstək vermək istəyən əcnəbi könüllü döyüşçülərin ölkəyə vizasız daxil olmasına icazə verən qərar imzalayıb.

TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, Zelenskinin imzaladığı qərar bu gündən qüvvəyə minir:

“Martın 1-dən Ukrayna Beynəlxalq Legionuna qoşulmaq istəyən əcnəbilər üçün hərbi vəziyyət dövrü üçün müvəqqəti vizasız giriş rejimi tətbiq edilib”.

Bildirilib ki, qərar Rusiya vətəndaşlarına şamil edilmir.

Onu da qeyd edək ki, fevralın 27-də Zelenski bütün dünya vətəndaşlarına və Ukraynanın dostlarına müraciət edərək, Ukraynanı və Avropanı Rusiyanın təcavüzündən müdafiə etməyə çağırıb.

2016-cı ildən əcnəbilərin orduda könüllü döyüşməsinin mümkün olduğu ölkədə əcnəbilərin “Ukraynanın ərazi müdafiə üzrə beynəlxalq legionu” adlı alt birliyi yaradılıb.

Bildirilib ki, aidiyyatı şəxslər Ukraynanın öz ölkələrindəki səfirliklərinin müdafiə atteşlərinə müraciət etsinlər.