Tribuna İnformasiya Agentliyi

Zelenski ilə görüşdə Merkeli titrəmə tutdu

18 İyun

Almaniya Kansleri Angela Merkelin Ukraynanın yeni Prezidenti Vladimir Zelenski ilə görüşü zamanı halı pisləşib.

Hadisənin görüntüsünü “REN TV” yayıb.

Kadrlarda A.Merkelin özünü yaxşı hiss etmədiyi açıq-aydın görünür. Kansler müvazinətini itirməməyə və titrəməsini gizlətməyə çalışır.

Bəziləri bunu isti hava şəraiti ilə əlaqələndirirlər. Belə ki, hazırda Berlində anomal istilər müşahidə olunur.