Zelenski: “Etiraf etmək lazımdır ki, Ukrayna NATO-ya daxil olmayacaq” – VİDEObackend

Zelenski: “Etiraf etmək lazımdır ki, Ukrayna NATO-ya daxil olmayacaq” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Etiraf etmək lazımdır ki, Ukrayna NATO-ya daxil olmayacaq”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Birləşmiş Ekspedisiya Qüvvələrinə (Joint Expeditionary Force) daxil olan dövlətlərin rəhbərlərinin onlayn görüşündə deyib.

“Bunu başa düşürük, biz adekvat insanlarıq. Xalqımız bunu anlayır və öz gücümüzə arxalanmağa başlayırıq”, – deyə o, bildirib.

Dövlət başçısı illərdir guya açıq qapılar haqqında eşitdiklərini vurğulayıb.

“Amma artıq onu da eşitdik ki, ora girə bilməyəcəyik, bu, həqiqətdir, bunu etiraf etməliyik”, – deyə Ukrayna prezidenti əlavə edib.

Zelenski bir daha NATO-nu Ukrayna üzərində uçuşa qadağa zonası yaratmağa çağırıb, lakin əlavə edib ki, Kiyev bunun hansı nəticələrə gətirib çıxara biləcəyini anlayır.

Eyni zamanda, o, üçüncü dünya müharibəsi təhlükəsi ilə bağlı alyans üzvlərinin qorxularını “özünü hipnoz” adlandırıb.