Tribuna İnformasiya Agentliyi

Zelenski cərimələndi

13 May

Kiyevin Obolonsk Rayon Məhkəməsi Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskini qanunsuz təşviqatda təqsirli bilinib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Prezident seçkilərinin ikinci turunda siyasətçi qanuna zidd olaraq doldurulmuş bülleteni nümayiş etdirib.

Polis inzibati protokol tərtib edib.

Zelenskinin vəkili bildirib ki, yeni prezident jurnalistlərin xahişi ilə bülleteni göstərib, lakin heç bir çağırış etməyib.

Yeni prezidentin müdafiəçisinin sözlərinə görə, Zelenski günahını etiraf edib.

Məhkəmənin qərarı ilə V.Zelenski 850 qriven (təxminən 54 manat – red.) cərimə olunub.