Zelenski: “Bunlar olmadan Mariupolu geri almaq mümkün deyil”backend

Zelenski: “Bunlar olmadan Mariupolu geri almaq mümkün deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Zelenski Rusiya iqtisadiyyatının getdikcə pisləşəcəyini bildirib.
TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski ictimaiyyətə müraciətində Rusiyanın Ukraynaya hücumlarında böyük itkilər verdiyini və Rusiya iqtisadiyyatının getdikcə pisləşəcəyini bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski gündəlik ictimai çıxışında müharibənin son vəziyyətini və Rusiyanın Ukraynaya hücumlarını dəyərləndirib.
Zelenski açıqlamasında ölkəsinə hücum edən rus ordusunun cavablarını aldığını qeyd edib: “Bu gün Slavutiçe şəhərində işğalçılara qarşı etiraz aksiyası keçirilib və işğalçılar cavablarını alıblar. İşğalçılara heç nə kömək etməyəcək. Televiziyadakı kanallarımızı söndürüb Rusiya kanallarına qoşulmaq, rus rublu paylamaq da fayda verməyəcək. Rusiya ordusuna veriləcək yeganə cavab nifrət olacaq. Buna görə də kənddə yaşayan vətəndaşlarımız pilotları əsir götürürlər. Kəndlilərimiz rus texniki maşınlarını traktorlarla götürüb əsgərlərimizə çatdırırlar”.
Zelenski çıxışında kifayət qədər tank olmadan işğal altındakı Mariupolu geri ala bilməyəcəklərini vurğulayaraq, Ukrayna nümayəndələrinin digər ölkələrlə silah məsələsində danışıqlar apardıqlarını qeyd edib: “Nümayəndələrimiz bu gün Polşada ABŞ-dan olan tərəfdaşlarımızla görüşüblər. Kifayət qədər tank olmadan Mariupolu geri almaq mümkün deyil. Bəzi rus tanklarını ələ keçirmişik. Ukraynanın mövqeyini dinləmək lazımdır. Mən Bolqarıstanın prezidenti Rumen Radevlə də görüşmüşəm.
Qətərin paytaxtı Dohada keçirilən forumda iştirak etmişəm. Bu, təkcə İslam dünyası üçün əhəmiyyətli bir görüş deyil. Dünyanın bir çox ölkəsi bunları unutmayacaq. Ruslar bununla bağlı məsuliyyət daşıyacaqlar. Yaşasın Ukrayna!”.