Zelenski: “Bayrağımızda ləkə yoxdur və olmayacaq”backend

Zelenski: “Bayrağımızda ləkə yoxdur və olmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bizim bayrağımızda qan, qara ləkə, bataqlıq yoxdur və heç vaxt olmayacaq”.
TİA.AZ Ukrayna Prezident Ofisinin feysbuk səhifəsinə istinadən xəbər verir ki, bunu martın 7-də ölkə Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.
“Ukrayna bayrağı dinc, məhsuldar, qızıl tanksız torpaqdır. Bu, dinc, təmiz, mavi və raketsiz səmadır. Belə olub, belə də olacaq”, – Volodimir Zelenski deyib.
V.Zelenski dünyanı rəsmi Moskvaya qarşı yeni sanksiyalar qəbul etməyə, Rusiyanın ixracatından, xüsusi ilə neft və neft məhsullarından imtinaya çağırıb.