Zelenski “Azovstal”ın təslim olması haqda danışdıbackend

Zelenski “Azovstal”ın təslim olması haqda danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski “Azovstal” zavodundan ukraynalı hərbçilərin təxliyəsi haqda danışıb.

 

TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, o döyüşçüləri evlərinə qaytarmağı planlaşdırıldığını deyib.

“Tamamilə qəhrəman insanlardır. Xüsusi vurğulamaq istəyirəm ki, orada 400 sərhədçi, çoxlu sayda Milli Qvardiyaçı, desant, hətta Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndələri, həkimlər, sadə insanlar da var. Çoxlu qəhrəman insanlar var… Onlar Mariupolu müdafiə ediblər. Xeyli sayda pilotumuz qəhrəmancasına həlak olub”, – Prezident deyib.

Onun sözlərinə görə, bütün mülki şəxslər, həkimlər, yaralılar zavodun ərazisindən çıxarılıb.