Zelenski: “53 gündür silah gözləyirik”backend

Zelenski: “53 gündür silah gözləyirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarkovda son dörd gündə Rusiyanın hücumları nəticəsində 18 nəfər ölüb, 106 nəfər yaralanıb.

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O, Rusiya ordusunun hücumlarını “şüurlu terror” adlandırıb.

“Təbii ki, Rusiyadan neft tədarükünə dair embarqoya ehtiyac hər ötən gün artır”, – deyə o vurğulayıb.

Ukrayna lideri tələb etdikləri silahları 53 gündür gözlədiklərini də qeyd edib:

“Açıq şəkildə ifadə etmək istəyirəm ki, silahların çatdırılmasındakı hər gecikmə, hər siyasi ləngimə Rusiyaya ukraynalıları öldürmək icazəsidir”.