Zəfər paradı başa çatdı-VİDEObackend

Zəfər paradı başa çatdı-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradı davam edir.

TİA.AZ xəbər verir ki, xüsusi təyinatlı avtomobil, zirehli texnika və silah sistemləri kalonu Azadlıq meydanına daxil olub.

Kalona “Qarabağ” ordenli general-leytinant Nizam Osmanov başçılıq edir.

Qələbə paradında Azərbaycan Ordusunun 150-dək hərbi texnikası nümayiş etdirilir.

Onlar arasında silahlanmaya yeni qəbul edilən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər var.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paradda iştirak edir.