Zəfər nəğməsibackend

Zəfər nəğməsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biz vətən naminə qurban veririk canımızı
Can verən qəbul edə kaş ki, bu qurbanımızı.

Hədəf obyektini məhv eylədi sərkərdə sözü
Qarabağdan qovuruq it kimi düşmanımızı
Vermirik əldən at oynatmalı meydanımızı.

Biz beşikdən bilirik himnini mərdanəliyin
Gələcək nəslə köçürdük dağılan qanımızı
Bir fəxarət bəzəyib Fəxri Xiyabanımızı.

Az qalıb möhtəşəm andiçmə keçirdək Şuşada
Cəbrayıldan necə verdik zəfər elanımızı
Qadirik orda da səsləndirək azanımızı.

Hamı bilsin Qarabağ yurdu Azərbaycandır!
Bu vətən naminə qurban veririk canımızı
Can verən qəbul edə kaş ki bu qurbanımızı.

Pərviz Arif