Zəfər günü PARAD OLMAYACAQ – RƏSMİ AÇIQLAMAbackend

Zəfər günü PARAD OLMAYACAQ – RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 8-i Zəfər günü ilə bağlı Bakıda möhtəşəm hərbi paradan keçirilməsinə dair məlumatlar yayılır.

Maraqlıdır, qələbənin ilk ildönümü ilə bağlı paytaxtda parad və ölkə hüdudunda hansısa tədbirlərin keçirilməsi planlaşdırılırmı?

Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov Bizim.Media-ya açıqlamasında paytaxtda hərbi paradın olmayacağını bildirib:

“Tədbirlər keçiriləcək, amma parad olmayacaq” ,- deyə nazirlik rəsmisi qeyd edib.

Xatırladaq ki, Qələbəyə həsr olunmuş ilk zəfər paradı 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilib. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər.