Zəfər Günü münasibətilə əfv sərəncamı olacaq? – “Məktub yazmışıq, inanırıq ki…”backend

Zəfər Günü münasibətilə əfv sərəncamı olacaq? – “Məktub yazmışıq, inanırıq ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən illər ərzində Prezident İlham Əliyev 67 əfv qərarı imzalayıb və ümumilikdə 10 mindən çox məhbus azadlığına qovuşub. Qarşıdan 8 noyabr tarixi gəlir və bu gün Azərbaycanda ilk dəfə Zəfər günü qeyd ediləcək.

Maraqlıdır, ölkəmizdə ilk dəfə qeyd ediləcək Zəfər Günündə Prezidentin növbəti əfv qərarı gözlənilirmi?

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, ölkəmizdə ilk dəfə qeyd ediləcək Zəfər günü ilə əlaqədar hazırda həbsdə olan insaların əfv edilməsi, amnistiyaya düşməsi istiqamətində müvafiq məktub ünvanlamışıq.

“Biz də istəyirik ki, belə əlamətdar bir gündə həbsdə olan insanlar yenidən azadlığa qovuşsun. Düşünürəm, bizim ünvanladığımız məktub diqqətə alınacaq. Buna çox ümidliyik. Bilirsiniz, hazırda həbsdə ömrünün son illərini yaşayan yaşlı insanlar var. Xüsusi ilə belə şəxslərin azadlığa çıxması çox önəmlidir. Digər tərəfdən, nisbətən yüngül cəzalar törədən və ya cəsasının böyük bir qismini çəkən şəxslərin azadlığa buraxılması istiqamətində də işlər gedir”.

N. Cəfəroğlu qeyd edib ki, ünvanladığımız məktubda bir sıra siyasi məhbusların da adı var:

“Siyasi məhbuslarla bağlı da müraciət ünvanlamışıq. Ölkəmizdə siyasi məhbusların olması beynəlxalq aləmdə nüfuzumuza ciddi zərər verir. İnanıram ki, dövlət başçısı müraciətimizi diqqətə alacaq və hazırda həbsdə olan siyasi məhbusları azadlığa buraxacaq. Xüsusilə Tovuz, Gəncə, Tərtər hadisələri zamanı həbs edilən şəxslər, məhkəmə prosesi düzgün aparılmayan siyasi məhbusların azadlığa buraxılmasını gözləyirik”.