Zəfər amnistiyasına düşən məhkumların sayı açıqlanıbbackend

Zəfər amnistiyasına düşən məhkumların sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Penitensiar Xidmət üzrə bu il noyabrın 5-dən dekabrın 1-ə qədər 1787 nəfərə Amnistiya aktı təqdim edilib.

TİA.AZ -ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova deyib.
O bildirib ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnitsiya elan edilməsi haqqında” qərarın icrası çərçivəsində 1787 nəfər məhkuma Amnistiya aktı tərtib edilib:
“Onlardan 34 nəfər qadın, 2 nəfər yetkinlik yaşına çatmayanlar və 60 nəfər isə 60 yaşlı məhkumlardır. Artıq 1391 nəfər məhkum azad edilib. Onlardan 1023 nəfər cəza çəkmə müəssisələrindən, 368 nəfər isə məntəqə tipli cəzaçəkmə müəssisəsindən evlərinə yola salınıb. 359 nəfər məhkum müalicəyə yönləndirilib, müalicə tədbirləri bitdikdən sonra azadlığa buraxılacaq. 64 nəfər məhkumun isə cəzası 6 ay azaldılıb”.
A. Sabitova qeyd edib ki, bu gün Pentensiar Xidmət üzrə beş cəzaçəkmə müəssisəsindən 114 məhkum azadlığa buraxılacaq.
Qeyd edək ki, 5 noyabr tarixindən başlayan Amnistiya 4 ay müddətində davam etdiriləcək.
Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib.
İndiyə qədər akt 1500-dən çox şəxsə şamil edilib. Amnistiya aktının ümumilikdə 15 min nəfərə şamil olunması gözlənilir.