ZƏFƏR AMNİSTİYASI GÖZLƏNİLİRMİ?backend

ZƏFƏR AMNİSTİYASI GÖZLƏNİLİRMİ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin ötən il keçirilən son iclasında deputat Siyavuş Novruzov təklif etmişdi ki, növbəti sessiyada böyük Qələbə münasibətilə amnistiya aktı qəbul olunması məsələsinə baxılsın və bütün məhbus qadınlar azadlığa buraxılsın, ömürlüklər 20 illə əvəzlənsin, 20 il həbs həyatı yaşayanlar isə azadlığa çıxsın.
Bu gün də Zəfər amnistiyası məsələsi aktualdır. Hətta əfv fərmanının təkcə qadın məhbuslara yox, həm də kişi məhbuslara aid ediləcəyinə dair söyləntilər var. Sözügedən məsələ ilə bağlı TİA.az-a açıqlama verən millət vəkili Fazil Mustafa deyib ki, hazırda Zəfər amnistiyası gözlənilmir:

Əfv fərmanının verilməsi elə də asan məsələ deyil. Uzun müddət və dəqiq araşdırma tələb edir. Məsələn, bir müraciətə baxılması üçün dörd-beş ay araşdırma aparılır, müvafiq qurumlardan sənədlər toplanır daha sonra əfv komissiyasına baxılmaq üçün təqdim edilir. Komissiya hər bir şəxs üçün müzakirələr aparır və bu da təxmini bir ay çəkir. Bir sözlə, proses uzun prosesdir. Və belə tez bir müddətdə olması gözlənilən deyil. Əgər hazırlıq prosesi başlasaydı, o zaman amnistiyadan söhbət gedə bilərdi. Hazırda isə belə bir məsələ gündəmdə deyil.
Aytac Sahəd

TİA.az