Tribuna İnformasiya Agentliyi

Zaxarova xəstəxanaya yerləşdirildi

14 Dekabr

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova xəstəxanaya yerləşdirlib. 

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova xəstəxanaya yerləşdirlib.

TİA.AZ “Life” a istinadən xəbər verir ki, xanım diplomat özünü pis hiss etdiyinə görə, Moskva xəstəxanalarının birinə müarciət edib. Aparılan müayinədən sonra ona ciddi xəstəlik diaqnozu təyin edilib.

Tibb dairələrində mənbələrin sözlərinə görə, bu, gərgin iş qrafiki ilə bağlı ola bilər. İndi M. Zaxarova stasionar müalicə alır, ona intensiv terapiya kursu təyin edilib.

Mariya Zaxarova 2015-ci ilin avqustunda RF XİN-in informasiya və mətbuat departamentinə başçılıq edir. Tarix elmləri namizədi olan Zaxarovanın 2-ci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsi var.