ZAUR KAMAL QALMAQALI: APARICI DA EFİRDƏN QOVULMALIDIRMI?backend

ZAUR KAMAL QALMAQALI: APARICI DA EFİRDƏN QOVULMALIDIRMI?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Audiovizual Şura bu davranışa lazımı qiyməti verməlidir”. Bunu TİA.Az-a açıqlamasında media eksperti Azər Həsrət aparıcı Zaur Kamalın müğənni Afşin Azəri efirdən qovmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, aparıcının bu davranışına ciddi reaksiya olmalıdır:

“Açığını deyim ki, gündəmin sözügedən məsələ ilə məşğul olması, şəxsən mənim ürəyimcə deyil. Afşin Azəri bir güneyli sənət adamıdır, Azərbaycana gəlib, efirə dəvət edilib. Bunlar normal şeylərdir. Və bizim kimi adamların gündəmini məşğul edəcək məsələlər deyil. Lakin onun o cür uyğunsuz bir şəkildə efirdən qovulması ədəbdışı efiri tərk etməyə dəvət edilməsi əlbəttə ki, bu ictimai rəyə öz damğasını vurmalı idi, vurdu da. Burada söhbət sadəcə media etikasından getmir, ümumiyyətlə, ədəbdən gedir. Bir insan efirdə oldu-olmadı, hətta öz evində belə kimisə bu cür ədəbsiz şəkildə qovursa, bunun milli-mənəvi dəyərlərimizlə bir araya sığmadığını yumşaq şəkildə deyə bilərik.

Həmçinin televiziyanın hər birimizin evinə çağırılmamış qonaq kimi daxil olduğunu nəzərə alsaq, efirdə davranış qat-qat artıq diqqət cəlb edir. O baxımdan aparıcı olan şəxs öz davranışına diqqət etməli idi. Onun nəyi necə müzakirə etməsi, kimi efirə çağırması, hansı fikirlər səsləndirməsi ilə işim yoxdur.

Televiziya bu qədər aşağı enməməlidir. Televiziya elitarlığı ilə seçilməlidir. Amma bu səviyyədən örnək deyə bir şey götürə bilərikmi? Evinə qonaq dəvət elə, sonra da onu aşağılayıcı bir şəkildə efirdən qov. Üstəlik də o qonaqla pərdə arxasında danışdıqlarını bir kişiyə yaraşmayacaq şəkildə efirdən elan et. Bu, yaxşı örnək deyil. Düşünürəm ki, audiovizual şura bu davranışa lazımı qiyməti verməlidir. Təəssüflər olsun ki, onlar bu məsələdə hərəkətli görünmür. Çox istərdim ki, onlar məsələyə münasibət bildirsinlər, o televiziya kanalına cəza kəssinlər”.

Aytac

TİA.Az