Zaur Baxşəliyevdən Mübariz Mənsimov barəsində AÇIQLAMA – FOTObackend

Zaur Baxşəliyevdən Mübariz Mənsimov barəsində AÇIQLAMA – FOTO

Aparıcı Zaur Baxşəliyev martın 15-də Türkiyədə saxlanılan və barəsində həbs qərarı verilən azərbaycanlı iş adamı Mübariz Mənsimov barədə sosial şəbəkədə paylaşım edib.

Metbuat.az xəbər verir ki, aparıcı rəsmi İnstaqram səhifəsində status yazaraq Mənsimova dəstək olub, ona azadlıq diləyib.

Paylaşımı olduğu kimi təqdim edirik:

“Şəxsən tanışlığım yoxdur Mübariz Mənsimovla, ancaq bu illər ərzində studiyamızda ehtiyacı olan bir çox xəstə usaqlara çox böyük dəstək olub. Bunu heç vaxt unuda bilmərəm! Allah qapılarını açsın, Allah tezliklə balalarına, ailesinə qovuşdursun! Balaca Muradımızın ilk dəfə Almaniyaya gedişini, ürək xəstəsi olan balalarımızın əməliyyatının ödəmələrini etdi Mübariz Mənsimov. Allah bu yaxşılıqlarınızı ovsanata salsın, savabınıza yazsın! Allah tezliklə sevdiklərinizə qovuşdursun! Amin!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki