Zaretskaya ağladı: “Qızıl medal qazana bilərdim” – FOTObackend

Zaretskaya ağladı: “Qızıl medal qazana bilərdim” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycana Tokio Olimpiadasında gümüş və bürünc medal qazandıran İrina Zaretskaya və Mariya Stadnik fikirlərini bildirib.

Oxu.Az xəbər verir ki, karatedə gümüş medal qazanan İrina Zaretskaya ağlaya-ağlaya fikirlərini çatdırıb:

“Bilirdim ki, qızıl medal götürə bilərdim. Buna çox yaxın idim. Sadəcə, buna vaxtım çatmadı. Başa düşürdüm ki, bu çox vacibdir. Məni dəstəkləyən hamıya təşəkkür edirəm. Bilirdim ki, bütün Azərbaycan məndən qızıl medal gözləyirdi. Amma qismət olmadı”.

Dördüncü dəfə Olimpiya medalını qazanmaqla Azərbaycan idmanının tarixinə rekordçu kimi düşən Mariya Stadnik isə bu gün qazandığı “bürünc”dən narazı olmadığını bildirib:

“Əlbəttə, mən çox xoşbəxtəm. Dünən məyus idim, çünki finala çıxa bilmədim. Çox idmançı mənim yerimdə olmaq istəyərdi. Allaha idmandakı uğurlarıma görə təşəkkür edirəm. Üçüncü yeri tutduğum üçün belə xoşbəxtəm”.