Tribuna İnformasiya Agentliyi

Zaqatalada zəlzələ baş verdi – Dağıstanda böyük göl yarandı

23 İyul
Dağıstan Respublikasının Rutul və Lak rayonlarının sərhəddində-Dyultiçay çayının mənbəyində baş vermis sürüşmə nəticəsində göl yaranıb.
Təbiət hadisəsi baş vermis əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib.
FHN əməkdaşı Əhməd Rəcəbov açıqlamasında bildirib ki, göl yaranan əraziyə səhər saatlarında atla yola düşüblər və ora yalnız axşama yaxın çatıblar: “Alp çəmənliklərində qoyun sürülərini otaran çobanların dediyinə görə, iyulun 1-də güclü gurultu eşidiblər, onların gözləri önündə dağ aşağıya doğru hərəkət edərək çayın qarşısını kəsib. Uzunluğu bir kilometr, eni on bir metr olan göl əmələ gəlib. Çobanların ürəklərinə sanki nəsə damıb, bir gün öncə qoyun sürülərini oradan uzaqlaşdıraraq, çadırlarını başqa istiqamətdə qurublar”.
Ehtimal olunur ki, sürüşməyə səbəb bu yaxınlarda Zaqatala rayonunda baş vermis zəlzələ olub, güclü yağışlar da öz işini görüb. Heç kim zəmanət verə bilməz ki, növbəti zəlzələ zamanı rütubət hopmuş bənd dağılmayacaq.