Zaqatalada meşəlik ərazidə yanğın başlayıb – VİDEObackend

Zaqatalada meşəlik ərazidə yanğın başlayıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatalada yüksək dağlıq ərazidə yanğın başlayıb. Yanğın bu gün axşam saat 19:00 radələrindən başlayaraq Böyük Qafqaz sıra dağlarının cənub ətəyində, Zaqatala rayonunun Car kəndi yaxınlığında yüksək dağlıq ərazidə qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını, 20 nəfərə yaxın şəxsi heyəti cəlb edilib.

İlkin məlumata görə, yanğın iki hektara yaxın ərazini əhatə edir.

Ərazidə quru ot, kol-kos, xəzəl və qurumuş ağac budaqları yanır.

Hazırda yanğının söndürülməsi istiqamətində iş gedir.