Zaqatalada gecə 12-dən sonra işləyən “Şirin Həyat”ın müştəriləri cərimələndi-VİDEObackend

Zaqatalada gecə 12-dən sonra işləyən “Şirin Həyat”ın müştəriləri cərimələndi-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatalada karantin qaydalarını pozaraq gecə saatlarında fəaliyyət göstərən çay evi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən TİA.AZ-a verilən məlumata görə, şəhərin Vidadi küçəsində yerləşən “Şirin həyat” adlı çay evinin gecə saat 12-dən sonra fəaliyyət göstərdiyi müəyyən olunub. Obyekti icarə əsasında işlədən rayonun Aşağı Tala kənd sakini Orxan Ramazanov və orada olan 6 nəfər Polis Şöbəsinə gətirilib.

Onların hər biri qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediliblər.