Tribuna İnformasiya Agentliyi

Zaqatalada 2 nəfər dəm qazından öldü

30 Oktyabr

Zaqatalada dəm qazı iki nəfərin həyatına son qoyub. 

 

Zaqatalada dəm qazı iki nəfərin həyatına son qoyub.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün 18.45 radələrində şəhərin 28 may küçəsi, ev 4. ünvanında qeydə alınıb.

 

Həmin ünvanda iki kişi meyiti aşkarlanıb. İlkin ehtimala həmin şəxslər dəm qazından boğularaq ölüblər.

 

Hazırda onların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.