Zakir Qaralovun şirkəti yenidən məhkəməyə verildibackend

Zakir Qaralovun şirkəti yenidən məhkəməyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aal Alar” MMC “Akkord Hydrotechnical Construction Company” MMC ilə bağlı məhkəməyə müraciət edib. TİA.AZ xəbər verir ki, prvavda.az-ın əldə etdiyi məlumata görə, bu barədə MMC Bakı Kommersiya Məhkəməsinə üz tutub.

Belə ki, “Aal Alar” şirkəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və digər məsələlər barədə tələb irəli sürüb.

İddia hakim Emin Əliyevun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur. Şirkətin hazırda 2 milyondan çox vergi borcu var.